Deputat Səyyad Aranın bir müddət öncə “Mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır?” sözləri, insanların az maaş almasının səbəbini təhsilli olmamaları ilə əlaqələndirməsi geniş müzakirə doğurub.
News365.az xəbər verir ki, sosial şəbəkələrdə bəzi tanınmışlar da bu fikrə etiraz ediblər və bir millət vəkilinə bu ifadənin yaraşmadığını vurğulayıblar.
Bəs, Sayyad Aranın fikrinə həmkarları necə yanaşır?
Millət vəkili Fazil Mustafa sualı dinlədikdən sonra məsələni şərh etmək üçün uyğun olmadığını bildirdi.
Elman Nəsirov isə suala “həmkarım haqqında fikir bildirə bilmərəm” cavabını verdi.
Arzu Nağıyev də eyni mövqedən çıxış etdi, həmkarının fikirlərinə reaksiya verməyi etik saymadı.
Qeyd edək ki, deputatların “həmkarlıq prinsipinə görə” Sayyad Aranın fikirlərinə reaksiya vermədiklərini demələri elə əsl reaksiyadır.(Axar.az)