Dövriyyəsi 1 milyardır, bəs nə qədər vergi ödəyir?

Dövriyyəsi 1 milyardır, bəs nə qədər vergi ödəyir?
09:28
Bu günlərdə ən çox vergi ödəyən 100 şirkətin siyahısı yayımlandı. Və siyahıda xeyli sürpriz adlara rast gəlindi,
Amma siyahıda görə biləcəyimiz xeyli şirkətlər də ola bilərdi., olmadı.
Məsələ ilə bağlı fikirlərini paylaşan İKT üzrə ekspert Osman Gündüz deyir ki, DVX-nin "100 ən çox vergi ödəyicisi" siyahısı hələ də gözümün önündən getmir. Hələ də baxıram, axtarıram: görəsən İT sektoru haradadır?
Eyni zamanda bu siyahıda düşündürücü məqamlar çoxdur.
Məsələn, maraqlıdır ki, dövriyyəsi 1 milyard manatdan çox olduğu deyilən Aztelekom bu siyahıda yoxdur.
Bu, doğrudan da ağlasığmazdır.
Necə ola bilər ki, bir neçə dövlət qurumunu özündə birləşdirən, magistral operator statusu alan, aylıq minimal 25 manatlıq internet tarifləri və faktiki monopol xidmətlərlə böyük gəlir formalaşdıran bir qurum TOP-100 vergi ödəyicisi sırasında yer almasın?
Yəni hər ay 100 milyon manat gəlir götürəsən, amma TOP-100 -də olmayasan.
Hökumətdən sorğulamaq, soruşmaq yerində olar ki, iki ÖZƏL operator — AzerTelecom və Delta Telecom milyonlarla vergi ödəyə bilir, amma dövriyyəsi milyarddan çox olan DÖVLƏT qurumu Aztelekom bu siyahıya düşmür?
Bəlkə də artıq bu cür qurumlarla bağlı yanaşmaya yenidən baxmaq və onların fəaliyyət modelini, o cümlədən özəlləşdirilmə məsələsini ciddi şəkildə gündəmə gətirmək daha doğru olardı".
News365.az

Sizin reklam burada
Sizin reklam burada