Anar Bayramov onu özünə müşavir təyin etdi - DOSYE

Anar Bayramov onu özünə müşavir təyin etdi  - DOSYE
17:05

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin  (İTSDA) birləşdirildiyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Rahim Hüseynov vəzifəsindən azad edilib. 

News365.az xəbər verir  ki, Valyuta.Az-ın əldə etdiyi məlumata görə, R.Hüseynov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) strukturundan öz ərizəsi ilə azad olunub. 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin sədri Anar Bayramov onu özünə müşavir təyin edib. Yaxın günlərdə onun sədr müavini kimi təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, bir nüçə gün əvvəl TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Anar Məhərrəm oğlu Bayramov TƏBİB-in yeni icraçı direktoru təyin olunub.

Anar Bayramov 2021-ci ildən  2025-ci ilin aprel ayınadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub. TƏBİB-in icraçı direktoru vəzifəsinə kimi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada