Paşinyan qalib gələcək - Sarkisyan

Paşinyan qalib gələcək - Sarkisyan
11:22

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan iyunun 7-də keçiriləcək parlament seçkilərində Baş nazir Nikol Paşinyan və komandasının yenidən qalib gələcəyini düşünür.

News365.az xəbər verir ki, bu barədə o, Ermənistan Baş naziri kimi istefasının səkkizinci ildönümü ilə bağlı bəyanatında bildirib.

Eks-prezident seçkilərin hazırkı hakimiyyətin lehinə saxtalaşdırılacağını düşündüyü üçün səsverməyə qatılmadığını iddia edib:

“Partiyamız artıq qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarını açıqlayıb. Bu, sadəcə siyasi mövqe deyil, yekdil, düşünülmüş və əsaslandırılmış, tarixi qərardır”.

Sarkisyanın sözlərinə görə, artıq Avropa İttifaqı Paşinyanın “Vətəndaş Müqaviləsi” Partiyasının seçilməsi üçün fəaliyyətə başladığını bildirib:

“Aylar əvvəl “Respublikaçı” Partiyası bu hakimiyyətdən qurtulmağın yeganə real yolu kimi impiçment qanun layihəsi təklif etmişdi. Onlar və xarici sponsorları artıq seçkiləri saxtalaşdırmağa, müxalifləri həbs etməyə, dövlət borcunu ikiqat artırmaq hesabına büdcədən seçki rüşvətləri paylamağa və artan qanunsuzluqlara göz yummağa başlayıblar.

Bu şəraitdə, fikrimizcə, ədalətli və rəqabətli seçkilər mümkün deyil. Amma təəssüf ki, parlamentdəki həmkarlarımız (Robert Köçəryanın “Ermənistan” bloku) seçkilərə qatılmaqla fərqli yol seçdilər. Bu qərarı əsaslandırmaqda onlara uğurlar arzulayıram”.

Serj Sarkisyan Robert Köçəryan və digər müxalif qüvvələrə dəstək verməyəcəklərini də vurğulayıb:

“Respublikaçı” Partiyası parlamentdənkənar qüvvə kimi öz rolunu qoruyub saxlamağa davam edəcək”./Teleqraf 


Sizin reklam burada
Sizin reklam burada