Ofelya Şabanova efirdə göz yaşlarını saxlaya bilmədi: “Ən yaxın dostumu itirdim”

Ofelya Şabanova efirdə göz yaşlarını saxlaya bilmədi: “Ən yaxın dostumu itirdim”
10:56

Müğənni Ofelya Şabanova efirə çıxaraq qardaşının vəfatı ilə bağlı ağır emosional açıqlama verib.

O bildirib ki, yaşadığı itki onun üçün son dərəcə sarsıdıcı olub:

“O qədər ağır bir şeydir ki, doğma qardaşımı itirdim. Çox ədalətsiz dünyadır. Cavan qardaşım getdi, canım yandı.”

O, qardaşının müalicəsi zamanı həkimlərin səylərini də vurğulayıb:

“Qan verən insanlar haqqınızı halal edin. Həkimlər onun üzərində çox çalışdılar.”

Müğənni həmçinin yaşadığı ağır vəziyyətə baxmayaraq, güclü durmağa çalışdığını bildirib:
“Əzilmək, bükülmək mənlik deyil.”

Qeyd edək ki, Ofelya Şabanova efir zamanı kövrələrək göz yaşlarını saxlaya bilməyib və qardaşının itkisini dərin kədər hissi ilə xatırlayıb.


Sizin reklam burada
Sizin reklam burada