İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-yə və Təhlükəsizlik Şurasına məktublar göndərərək, ABŞ-ın İrana qarşı hücumlar hazırlamaq və həyata keçirmək üçün bir neçə Fars körfəzi ölkəsinin ərazisindən və hava məkanından istifadə etdiyini bildirib.
News365.az xəbər verir ki, İravani məktublarda bu ölkələrə Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanının daxil olduğunu bildirib.
İran həmçinin bəyan edib ki, BƏƏ ilə bağlı halda, Hörmüz boğazı və Fars körfəzindəki adalar ətrafındakı hədəflərə zərbələr zamanı hərbi aviasiya və pilotsuz uçuş aparatlarından istifadə etməklə hava məkanının birbaşa pozulması baş verib.
Tehran bu ölkələri mehriban qonşuluq prinsiplərinə əməl etməyə və ərazilərinin İrana qarşı istifadə olunmasına yol verməməyə çağırıb, mümkün nəticələrə görə məsuliyyəti onların üzərinə qoyub.