Çin Xarici İşlər Nazirliyi ölkənin ərazi bütövlüyü ilə bağlı mövqeyini bir daha təkrarlayaraq, dünyada yalnız bir Çin olduğunu və Tayvanın onun ayrılmaz hissəsi sayıldığını bəyan edib.
News365.az xəbər verir ki, rəsmi açıqlamada milli birləşmə prosesi qaçılmaz olduğu və bu istiqamətdə atılan addımların qarşısını almağın mümkün olmadığını vurğulayıb.
Nazirlik bu məsələnin Çin üçün prinsipial əhəmiyyət daşıdığını qeyd edib.
Bəyanatda bildirilib ki, artıq ərazilərin birləşməsi ilə bağlı proses başlayıb və bu, tamamlandıqdan sonra vahid dövlət yaranacaq.
Nazirlik qeyd edir ki, Tayvanın müstəqilliyinə yönələn istənilən təşəbbüslər nəticəsiz qalacaq. Pekin bu cür cəhdləri “uğursuzluğa məhkum” adlandıraraq, separatçı fəaliyyətlərə qarşı qəti mövqe sərgilədiyini vurğulayıb./// Globalinfo.az