"Azəriqaz" yeni istismarçı rolunda- Tural İrfan yazır
İqtisadiyyat
09:49
Qaz sayğacına yüklənən məbləğdən bu gün qəfil 4 manat çıxıblar. 104 qaynar xətti dedi ki, ayda hər abonentdən 1 manat pul tutulma qaydası indi qüvvəyə minib, odur ki, yanvardan bəri 4 ayın pulunu birdən tutublar.
Demək aprel ayı, yəni 4-cü ay hələ bitməmiş onun da haqqını çıxıblar. Sadəcə bircə söz deyə bilərəm: adətən bir adamda 4-5 litrə yaxın qan olur. Müəyən səbəbdən ondan qan alanda maksimum 200-250 qram götürürlər. Birdən 4-5 litrin hamısını sümürmürlər, adam ölər. Amma Azərqaz 4 ayın töycü, biyarını birdən çıxır. Bu, vətəndaşı, abonenti mədəni şəkildə ölkədən iyrəndirib qovmaqdan başqa şey deyil. Neçə növ limit bəs etmədi, indi də bu cür rəsmi oğurluğa əl atdılar.
Bir qrup məmur aşkar şəkildə dövlətin, cənab Prezidentin əleyhinə işləyir. Əhaliyə işgəncə verməklə Prezidentdən narazı salmağa çalışır. Sədaqətli və dövlətə bağlı qurumlar tərəfindən bunun qarşısı alınmalıdır.