ABŞ Dövlət Departamentində Livan və İsrail rəsmiləri arasında aprelin 23-də keçiriləcək görüşdə iştirak edəcək ABŞ nümayəndə heyətinin adları açıqlanıb.
News365.az-ın “News Nation”a istinadla verdiyi məlumata görə, görüşdə Dövlət katibi Marko Rubio, müşavir Maykl Nidham, ABŞ-nin İsrail və Livandakı səfirləri, həmçinin bu ölkələrin ABŞ-dəki səfirləri iştirak edəcəklər.
Bu, iki ölkə arasında ABŞ-də keçirilən danışıqların ikinci mərhələsidir və görüş ötən cümə günü “Hizbullah” və İsrail arasında atəşkəs rejiminin qüvvəyə minməsindən sonra baş verir.