Açıq çay yarpaqlarını dəmləyərkən yaranan ən böyük narahatlıq onların stəkana qarışmasıdır. Lakin sadə bir üsulla bu problemi tamamilə aradan qaldırmaq mümkündür.
News365.az-ın məlumatına görə, bunun üçün adi karton stəkandan istifadə etmək kifayətdir. Stəkanın alt hissəsində diş çöpü ilə kiçik deşiklər açılır. Vacib məqam odur ki, dəliklər çox böyük olmamalıdır, əks halda çay tozları aşağı keçə bilər.
Daha sonra deşilmiş stəkan başqa bir boş stəkanın içinə yerləşdirilir və üzərinə çay yarpaqları əlavə edilir. Ardınca qaynar su yavaş-yavaş stəkana tökülür. Su çay yarpaqlarından keçərək aşağıdakı stəkana süzülür, lakin yarpaq və tozlar yuxarı hissədə qalır.
Çayın tam dəmlənməsi üçün təxminən 2 dəqiqə gözləmək kifayətdir. Bu müddət həm aromanın yaxşı açılması, həm də acı dadın yaranmaması üçün ideal sayılır.
Sonda üst stəkan qaldırılır və aşağıda tam təmiz, süzülmüş çay əldə olunur.
Bu üsulun üstünlükləri: