Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Mehdi Hüseynzadə küçəsində fəaliyyət göstərən “Terrace” restoranının dam hissəsində qanunsuz tikinti aparıldığı iddia olunur.
News365.az xəbər verir ki, yayılan iddialara görə, obyekt sahibinin əlavə tikinti işləri aparması narazılıq yaradıb və bu prosesin hansı şərtlərlə həyata keçirildiyi sual doğurub.
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər aidiyyəti qurumların mövqeyi gündəmə gətirilib. İddialarda qeyd olunur ki, tikintiyə hansı əsaslarla icazə verildiyi və ya nəzarətin olub-olmaması aydınlaşdırılmalıdır.
Eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (FHN TTNDA) məsələyə müdaxilə edib-etməyəcəyi də ictimai maraq doğurur.
Hazırda məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.