Çox belə mentalitetin divarlarını dəhşət qalınlaşdırmışıq və dəhşət ideallaşdırmışıq. İndi özümüz sığmırıq onun içinə. Heç bir baca-pəncərə qoymamışıq, indi boğuluruq onun içində. İnsan bir məlumatı bilməsə, təbii ki, seks aclığı və ona qarşı fərqli cür maraqlar yaranacaq. İnsanlar bunu deməkdən və ya başa salmaqdan çəkinirlər. Ona görə özlərinin problemi də olanda gəlməyə də utanırlar. Adicə yay gəlir, şortiklə geyinənlərə hamısı belə çəp baxacaqlar. O çəp baxanlar özləri təyyarəyə minib xaricə gedən kimi orda şortik geyinirlər. Camaatın ana-bacısı var, xaricdəkilər ana-bacı deyil, nədilər? Bu çox belə aşağı səviyyəli bir düşüncədir. Eynilə seks sahəsində də elədir.
Vaginizm necə yaranır qadında?
O qədər qıza deyirlər ki, 'Ayıbdır, ayıbdır, ayıbdır! Seks pisdir, seks çox pozğunluqdur'. O qədər yeridirlər qızın başına, indi qız ilk toy gecəsidir, tıqq, bağlandı vagina, açılmır. Oğlan nə qədər hələ soyumayıb, normaldır vəziyyəti. Elə ki soyundu, istəyir nəsə proses başlasın, avtomatik vagina qıfıllanır, sıxılır, möhkəm bağlanır. Və qız özü bunu sıxmır ha, əzələlər özü gərginləşir və bağlanır. Üstündən düşən kimi açılır, çıxsa yenə bağlanır.
Oğlanda da həmin prosesdir: 'Sən bacarmırsan, sən bilmirsən, sənin əlindən heç bir iş gəlmir, sən heç vaxt heç nəyi düzgün eləyə bilmirsən'. O qədər yeridilir bunun başına, toy gecəsi çıxır, düşdü, qalxmır. O birisi otağa gedir, o birisi otaqda qalxır, gəlir qalxmır. O da niyə görədir? 'Seks pisdir, ayıbdır və sən də bacarıqsızsan'.