ABŞ səfirliyindən Livanla bağlı sərt xəbərdarlıq: vətəndaşlara ölkəni tərk etmək çağırışı

ABŞ səfirliyindən Livanla bağlı sərt xəbərdarlıq: vətəndaşlara ölkəni tərk etmək çağırışı
11:14

ABŞ-ın Beyrutdakı səfirliyi Livandakı təhlükəsizlik vəziyyəti ilə bağlı vətəndaşlarına yeni xəbərdarlıq edib.

News365.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, İsrail ilə Livan arasında elan edilən müvəqqəti atəşkəsə baxmayaraq, regionda vəziyyət gərgin və qeyri-sabit olaraq qalır.

Səfirlik bildirib ki, təhlükəsizlik mühiti sürətlə dəyişə bilər və bu səbəbdən ABŞ vətəndaşlarına ölkəni tərk etmələri tövsiyə olunur:

“Livanın təhlükəsizlik vəziyyəti yaxından izlənilir. Mövcud şərait mürəkkəbdir və tez dəyişə bilər. Kommersiya reysləri mövcud olduğu müddətdə ölkəni tərk etməyiniz məsləhətdir.”

Qeyd edək ki, son günlər regionda gərginlik davam edir və beynəlxalq tərəflər vəziyyəti diqqətlə izləyir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada