Müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında son dövrdə müşahidə olunan müsbət dinamikadan bəhs edib.
News365.az xəbər verir ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı: 20 illik inkişaf yolu adlı tədbirdə iştirak edib.
O bildirib ki, Prezident İlham Əliyevin ABŞ-a işgüzar səfəri və regional sülh gündəliyi çərçivəsində aparılan müzakirələri həm təhlükəsizlik mühitinə, həm də müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq perspektivlərinə müsbət təsir göstərir.