O bildirib ki, aralarındakı münasibətlərin pozulmasına qarşı tərəfin laqeydliyi səbəb olub:
“Nə olmalıydı, bütün günü bir yerdə yeyib-içib durmalıydıq? Axı aramızda münasibət var idi. O münasibəti siz qorudunuzmu? Heç demədiniz ki, anasına zəng vurum, Aysuna zəng vurum, danışım. Hazırda nə zəng edirlər, nə də mesaj yazırlar. Damla da mənə yazmışdı, ‘dönəcəm’ dedim, amma dönmədim. Ondan da incimişəm”.
Müğənni qeyd edib ki, o, sözügedən sənət adamlarını hər zaman evində yaxşı qarşılayıb və onlara hörmətlə yanaşıb:
“Mən sizi evimdə pis qəbul etməmişəm. Elnarə xanım pandemiyadan sonra Moskvada konsert verəndə gül-çiçəklə getmişəm, ön sırada oturmuşam. Onun ətrafındakı musiqiçiləri də evimə qonaq aparmışam. Könül xanım Moskvaya gələndə evimin qonağı olub, süfrə açmışam. Amma Könül xanım bir dəfə də olsun mənə zəng etmədi. Buna inciməyə haqqım var”.
Rəqsanə İsmayılova vurğulayıb ki, göstərdiyi diqqət və qayğıya baxmayaraq, qarşılıq görməməsi onu məyus edib.