Stress sizi deyil, siz stressi idarə edin - Mütəxəssisdən vacib AÇIQLAMA

Stress sizi deyil, siz stressi idarə edin - Mütəxəssisdən vacib AÇIQLAMA
15:29

Stressin insan həyatındakı roluna toxunan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirib ki, əsas məsələ stress yaradan hadisələr deyil, həmin hadisələrə verdiyimiz reaksiyadır.

News365.az-ın məlumatına görə, bu fikirlər Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı səsləndirilib. Terapevtin sözlərinə görə, gündəlik həyatda qarşılaşdığımız situasiyalar qaçılmazdır, lakin onları necə qəbul etdiyimiz və hansı emosional reaksiya verdiyimiz sağlamlığımıza birbaşa təsir edir.

Vüsalə Məmmədova qeyd edib ki, ətraf mühiti dəyişmək hər zaman mümkün olmasa da, insan öz daxili reaksiyalarını idarə etməyi öyrənə bilər. Bu isə hissləri tanımaq, onları düzgün dəyərləndirmək və bədənin verdiyi siqnallara diqqət yetirməklə mümkündür.

Onun sözlərinə görə, stresslə mübarizədə ilk mərhələdə atılmalı olan sadə, lakin vacib addımlar mövcuddur. Burada isə vahid yanaşma yoxdur:

“Sağlam həyat tərzi hər kəs üçün eyni formada tətbiq edilə bilməz. Uşaqlar, qadınlar və kişilər üçün yanaşmalar fərqlidir. Hərəkət, qidalanma və psixoloji yük baxımından fərdi xüsusiyyətlər mütləq nəzərə alınmalıdır”, – deyə terapevt vurğulayıb.

News365.az


Sizin reklam burada
Sizin reklam burada