Ukrayna Almaniya ilə silah təchizatı və birgə istehsal üzrə bir sıra müqavilələr imzalayıb.
News365.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.
"Alman tərəfdaşları ilə 1,2 milyard avrodan çox dəyərində bir sıra yeni vacib müqavilələr imzalanıb", - o “Telegram” hesabında yazıb.
Şmıxalın sözlərinə görə, müqavilələrə Patriot sistemləri üçün ehtiyat hissələrinin uzunmüddətli təchizatı, ayrılmış vəsaitlə Ukrayna dronlarının alınması, PUA-ların birgə istehsalı, 200 Boqdan özüyeriyən artilleriya qurğusunun yaradılması və ən müasir elektron müharibə sistemlərinin təchizatı daxildir.
Qeyd edək ki, 15 dekabrda Almaniya kansleri Fridrix Merz Almaniyanın 2022-ci ilin fevral ayından bəri Ukraynaya hərbi dəstəyə 40 milyard avro, mülki yardıma isə əlavə 36 milyard avro xərclədiyini açıqlayıb. O, Berlinin 2026-cı ildə Kiyevə əlavə 11 milyard avro hərbi dəstək ayıracağına söz verib.