Sevgilisinin arvadı ilə üz-üzə gəldi - İş yerində təhqir etdi

Sevgilisinin arvadı ilə üz-üzə gəldi - İş yerində təhqir etdi
17:44

Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib.

News365.az xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib.

Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənova (şərti) 6-7 ildir qeyri-rəsmi münasibətdə yaşadığı şəxsin arvadı T.Məmmədovanın (şərti) iş yerinə gedib. O, qadının onun arxasınca xoşagəlməz sözlər dediyini bildirərək qarşı tərəfi təhqir edib.

İctimai yerdə xuliqanlıq hərəkətləri etmiş qadın barəsində polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.

T. Məmmədova məhkəmədən onun həbs olunmasını tələb edib.

S. Həsənova isə əvvəllər ailəli olduğunu, T. Məmmədovanın əri ilə bir neçə ildir dini kəbin əsasında münasibət saxladığını və qarşı tərəf onu əsəbiləşdirdiyi üçün iş yerinə hücum etdiyini bildirib. Əvvəlki nikahından 2 övladının olduğunu bildirən qadın həbs edilməməsini xahiş edib.

Məhkəmənin qərarı ilə S. Həsənova 100 manat cərimə edilərək sərbəst buraxılıb.


Sizin reklam burada
Sizin reklam burada