Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov imtahanda abituriyentlərə xüsusi texniki vasitələrlə kömək etməkdə ittiham olunur. Bir neçə gün əvvəl o, iş üzrə Gəncə Şəhər Məhkəməsində ifadə verib.
News365.az Kamran Əsədovun məhkəmənin qarşısındakı fotosunu əldə edib.
Fotoda K.Əsədovun yanındakı şəxs cinayət işi üzrə digər təqsirləndirilən Məmmədov Ayxan İlham oğlunun qardaşıdır.
Qeyd edək ki, dekabrın 12-də isə K.Əsədovun barəsində cinayət işi açıldığına dair məlumat yayıldı. Cinayət işinin ibtidai istintaqı artıq yekunlaşıb. Belə ki, hazırda məhkəmə istintaqı davam edir. Kamran Əsədov tanışı Gündüz Abbasovla birlikdə 2025-ci ildə keçirilən qəbul və buraxılış imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı ittiham olunur. Onlara Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.

