22 yaşlı qız işdə çox stress yaşadığı üçün ciddi sağlamlıq problemi ilə üzləşib.
News365.az xəbər verir ki, hadisə Britaniyada baş verib.
Kortni Stoks adlı qız işdə qəfil huşunu itirib və ürəyi bir neçə dəqiqəlik dayanıb. Xoşbəxtlikdən, vaxtında kömək edilib.
Xəstəxanada məlum olub ki, qızın ürəyində əvvəldən olan gizli bir problem var imiş. Həkimlər deyiblər ki, bu problem qəfil ürək dayanmasına səbəb ola bilər. İşdə yaşadığı güclü stress isə bu vəziyyəti daha tez üzə çıxarıb.
Qız hadisədən əvvəl ürəkdöyünmə və başgicəllənmə hiss etdiyini deyib, amma bunu adi narahatlıq hesab edib və həkimə getməyib.
Həkimlər bildirirlər ki, belə əlamətlər yüngül görünsə də, onları ciddiyə almaq və vaxtında mütəxəssisə müraciət etmək çox vacibdir.