Ermənistan vətəndaşları Rusiya pasportu alan ilk 5 ölkə sırasındadır.
News365.az xəbər verir ki, bu fikirləri "İzvestiya"ya demoqraf Yuliya Florinskaya bildirib.
O qeyd edib ki, ilk 5-liyə Ermənistan vətəndaşları ilə yanaşı, Tacikistan, Qazaxıstan, Ukrayna və Özbəkistan vətəndaşları da daxildir.
2025-ci ilin yanvar-sentyabr ayları arasında ümumilikdə 110.800 nəfər Rusiya pasportu alıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,1% azdır.