Rusiyanın iştirakı olmadan uzunmüddətli sülh hələ mümkün deyil

Rusiyanın iştirakı olmadan uzunmüddətli sülh hələ mümkün deyil
14:15

Ukrayna və Rusiya arasındakı gərginlik hələ də davam edir və danışıqların nəticəsi ilə bağlı suallar qalmaqdadır.

News365.az xəbər verir ki, politoloq Aytən Qurbanova Ukrayna və Rusiya arasındakı danışıqlar barədə açıqlama verib.


Onun sözlərinə görə, ABŞ-Rusiya və ABŞ-Ukrayna danışıqlarında tərəflərin ayrı-ayrı masada iştirak etməsi reallıqla üst-üstə düşür və uzunmüddətli sülh razılaşmalarının yaxın perspektivdə əldə olunması çətindir.

Qurbanova bildirib ki, qısa müddətli humanitar atəşkəs mümkün ola bilər. Xüsusilə dini bayramlar və əhalinin sosial-psixoloji vəziyyəti nəzərə alınaraq, hər iki tərəf müəyyən fasilələr verə bilər.

Politoloq həmçinin vurğulayıb ki, Berlində keçirilən danışıqların uzunmüddətli hərbi sülh razılaşmasını ehtiva etməsi ehtimalı azdır. Çünki Rusiya hələ rəsmi mövqeyini açıqlamayıb və maraqları ilə üst-üstə düşməyən təklifləri qəbul etmir.

Onun sözlərinə görə, Rusiyanın hədəfi işğal etdiyi əraziləri qorumaq və ya Ukraynanın daha geniş hissələrinə təsir etməkdir. Qış fəslində Avropa dövlətlərinin Rusiyadan qaz asılılığı da Moskvanın mövqeyini gücləndirir və sanksiyalarla təzyiq mexanizmlərinin təsirini azaldır.

Aytən Qurbanova qeyd edib ki, bu amillər fonunda hərb fəaliyyətləri qış aylarında da Rusiyanın maraqlarına uyğun olaraq davam edə bilər.


Sizin reklam burada
Sizin reklam burada