Mehdiyev mülklərlə bağlı qalmaqalda: İddialar gündəmdə

Mehdiyev mülklərlə bağlı qalmaqalda: İddialar gündəmdə
15:12

Başımıza gələn bədbəxtçiliklərin çoxu qorxaqlığımızdan gəlir.

News365.az xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov sosial şəbəkədəki paylaşımında bildirib.

Hüquqşünas qeyd edib ki, illər boyu yüzlərlə var-dövlət sahibi onun yanına gəlib Ramiz Mehdiyev və ətrafının onların əmlaklarının əllərindən almalarını danışıblar:

“Hansına dedimsə ki, gəlin hüquq-mühafizə orqanlarına rəsmi müraciət edək. Hamısı da “Aslan müəllim, hüquq-mühafizə orqanları elə Ramizin özüdür” dedilər. Mənə maraqlıdır, heç olmasa indi onlar hüquq-mühafizə orqanlarına müraciət edirlərmi?”.


Sizin reklam burada
Sizin reklam burada