Avropa üçün indiki təhlükə azdır, amma gələcək ehtimallar narahat edir

Avropa üçün indiki təhlükə azdır, amma gələcək ehtimallar narahat edir
14:43

Rusiya ilə Avropa arasındakı gərginliklər təkcə Ukrayna müharibəsi ilə məhdudlaşmır. Ekspertlər bildirirlər ki, Moskvanın indiki gücü Şərqi Avropaya genişmiqyaslı müdaxilə üçün kifayət etmir və hazırda əsas diqqət Ukraynaya yönəlib. 

Politoloq Elşən Mustafayev News365.az-a verdiyi açıqlamada bildirib ki, hazırda Rusiyanın əsas məqsədi Ukraynadakı istəklərinə nail olmaqdır və Şərqi Avropaya dair geniş miqyaslı hərbi planları həyata keçirmək üçün indiki dövrdə yetərli gücü yoxdur.

Mustafayevin sözlərinə görə, Rusiyanın gələcək planları Şərqi Avropanı təsir altında saxlamaqla bağlı ola bilər, lakin bunun reallaşması üçün hazırda heç bir şərt və imkan mövcud deyil. Onun fikrincə, Avropa İttifaqı əsas narahatlığını Ukraynadakı vəziyyətin Rusiyanın gələcək güclənməsinə səbəb olacağı ehtimalına görə yaşayır.

Politoloq əlavə edib ki, indiki halda Avropa üçün hər hansı bir müharibə təhlükəsi görünmür, lakin uzunmüddətli perspektivdə Rusiyanın mövqeyinin güclənməsi Avropa dövlətlərinə qarşı yeni iddialar doğura bilər. O, həmçinin qeyd edib ki, Avropa İttifaqında güc balansı Fransa və Almaniya kimi dövlətlərin mövqeyi ilə müəyyən olunur və bu dövlətlər hal-hazırda Rusiyaya qarşı müharibə hazırlığında deyillər.


Sizin reklam burada
Sizin reklam burada