Zelenski ABŞ-ın zərmanət paketini yaxın vaxtlarda qəbul edə bilər

Zelenski ABŞ-ın zərmanət paketini yaxın vaxtlarda qəbul edə bilər
14:24

Ukrayna ilə ABŞ arasında davam edən danışıqlar və ABŞ-ın təqdim etdiyi zərmanət paketi, Kiyev üçün strateji əhəmiyyət daşıyır. Politoloq Əlimusa İbrahimovun sözlərinə görə, Prezident Zelenski yaxın gələcəkdə müəyyən güzəştləri qəbul etmək məcburiyyətində qala bilər.

Politoloq Əlimusa İbrahimov News365.az-a açıqlamasında bildirib ki, Zelenski ABŞ-ın təqdim etdiyi zərmanət paketini qəbul etmək istiqamətində bəyanatlar verməyə başlayıb.


Əgər Kiyev paketi qəbul etməsə, ABŞ Ukraynanın tərkini öz üzərinə götürməli olacaq.

İbrahimov qeyd edib ki, ABŞ-ın hazırda Ukraynanı həm müdafiə etmək, həm də zərmanət təmin etmək imkanları məhduddur. Buna görə də Avropa İttifaqı və NATO ölkələri ABŞ-ın iştirakını zəruri hesab edirlər. Politoloq vurğulayıb ki, Zelenski Ukrayna üçün başqa seçimlərə malik deyil və yaxın vaxtlarda ABŞ-ın təklif etdiyi güzəştləri danışıqlar yolu ilə qəbul etməyə məcbur olacaq.

O, həmçinin əlavə edib ki, Trampın təklif etdiyi sürətli qərar planı, Ukrayna tərəfindən qəbul edilməlidir, əks halda Kiyev ABŞ-la münasibətlərdə geri çəkilmək və strateji itkilərlə üzləşmək riski ilə qarşı-qarşıya qalacaq.


Sizin reklam burada
Sizin reklam burada