Bakıda marşrut avtobusu hamilə qadını vurub
News365.az-ın xəbər verir ki, hadisə Xətai rayonu Afiyəddin Cəlilov küçəsində qeydə alınıb.
“Bakubus”a məxsus avtobus hərəkətdə olduğu zaman qarşısına çıxan hamilə qadını vurub.
Nəticədə qadın ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə şahidlərinin bildirdiyinə görə, qadın piyada hərəkət edərkən telefonla danışa-danışa avtobusun qarşısına çıxıb.