Millimizin sabiq üzvü Almaniyada növbəti qolunu vurdu

Millimizin sabiq üzvü Almaniyada növbəti qolunu vurdu
06 Apr 2025 08:45

Almaniyada futbol üzrə Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilir.

Azərbaycanlı hücumçu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su “Allqlinicke” üzərində inamlı qələbə qazanıb – 3:0.

Rüfət meydana start heyətində daxil olub və 89-cu dəqiqədə əvəzlənib. O, görüşün 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub, 32-ci dəqiqədə isə sarı vərəqə alıb.

Qeyd edək ki, bu, millimizin sabiq forvardının mövsümdə vurduğu 12-ci qoludur. Hazırda "Dinamo" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.


Sizin reklam burada
Sizin reklam burada