"Fənərbaxça" Bakıya gəlib

"Fənərbaxça" Bakıya gəlib
18:40

“Fənərbaxça” klubu “Turan Tovuz”la keçirəcəyi yoldaşlıq görüşü üçün Bakıya gəlib.

News365.az xəbər verir ki, İstanbul təmsilçisinin olduğu təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Qeyd edək ki, “Fənərbaxça” oktyabrın 3-də Bakıda “Turan Tovuz”la üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.


Sizin reklam burada
Sizin reklam burada