Masallıda baş verən ağır qəzada 2-i azyaşlı olmaqla 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
News365.az-ın xəbərinə görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Qeyd edilib ki, bu gun saat 13:05 radələrində yeni Ələt-Astara yolunun Masallı rayon ərazisindən keçən 122-ci kilometrində hərəkətdə olan 10-RV-404 dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobilin sürücüsü idarəetməni itirərək yolayrıcı metal səddə dəyərək aşıb.
Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Alışov Aydın Təhməsib oğlu hadisə yerində həyatlarını itiriblər.
"Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda qəzanın baş vermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür", - məlumatda vurğulanıb.
***
Masallıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
News365.az xəbər verir ki, hadisə günorta saatlarında yeni Ələt-Astara magistralının 122-ci km-də Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək bir neçə dəfə çevrilib. İlkin məlumata görə, avtomobildə olan bir azyaşlı ölüb, digər sərnişinlər xəsarət alıb.
Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.