Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - YENİLƏNDİ

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - YENİLƏNDİ
17:50

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb.

News365.az xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb.

Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***

News365.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında baş verib.

Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayaraq öldürüb.


Sizin reklam burada
Sizin reklam burada