Tovuzda ata oğlunu bıçaqlayıb

Tovuzda ata oğlunu bıçaqlayıb
21:40

Tovuzda bıçaqlanma hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə rayonun Ağdam kəndində qeydə alınıb.

Kənd sakini, 1997-ci il təvəllüdlü N.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, ailə münaqişəsi zəminində N.Məmmədovla atası, 1961-ci il təvəllüdlü Aydın Məmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı ata oğluna bıçaqla xəsarət yetirib.

Hadisə zamanı Aydın Məmmədovun sərxoş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada