Mağazada partlayış oldu, ölənlər var

Mağazada partlayış oldu,  ölənlər var
30 İyn 2024 17:21

Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda un məmulatları mağazasında baş vermiş partlayış nəticəsində üç nəfər ölüb.

“Yeni Şafak” xəbər verir ki, hadisə yerli vaxtla 15:00 (Bakı vaxtı ilə 16:00) radələrində olub.

Olayda ölən üç nəfərlə yanaşı xeyli insanın yaralandığı bildirilir. Yerli KİV yaralı sayının azı 16 nəfər olduğunu bildirsə də, məlumat hələlik təsdiqini tapmayıb.

Partlayış səbəb qaz sızması olduğu güman edilir.

Hadisə yerinə çox sayda təcili tibbi yardım briqadaları cəlb olunub. (Report)


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər