Kefirin tərkibində 61 bakteriya ştamı var -"Health News"

Kefirin tərkibində 61 bakteriya ştamı var -"Health News"
25 Fev 2025 12:40

Kefir nəinki az kalorili və az laktozalıdır, həm də salmonella kimi zərərli bakteriyaların çoxalmasına maneə törədir. Bundan əlavə, bu məhsul bağırsaq sağlamlığını effektiv şəkildə qorumağa kömək edir. Bu barədə danimarkalı dietoloq Sandra Vigelien Health News-a açıqlamasında məlumat verib.


Ekspertin fikrincə, bir stəkan adi az yağlı kefirdə cəmi 43 kkal və 3,79 q protein var. Kefirdə laktoza da azdır (bir fincan üçün 3,7 q) ki, bu da onu laktoza alergiyası olan bir çox insan üçün potensial şəkildə təhlükəsiz edir.

Bundan əlavə, bu məhsul probiyotiklərin əla mənbəyi sayılır. Çünki onun tərkibində 61-ə qədər faydalı bakteriya və maya ştamı var. Bunlara normal bağırsaq funksiyasını və ümumi sağlamlığı təşviq edə bilən müxtəlif laktobakteriyalar da daxildir. Bundan əlavə, laktobasillər qıcıqlanmış bağırsaq sindromunun (İBS) bəzi simptomlarını idarə etməyə kömək edə bilər.

Tural


Sizin reklam burada
Sizin reklam burada