55 gün öncə dənizdə boğulduğu bildirilən 22 yaşlı gəncdən hələ də xəbər yoxdur...
News365.az Xəzər TV-yə istinadən bildirir ki, söhbət 55 gün əvvəl Mərdəkanda dənizə girərək gözdən itən Elgün Qarayevdən gedir.
Elgünün anası Sahilə Qarayeva axtarışların yenidən davam etdirilməsi üçün bütün aidiyyəti qurumlara üz tutduqlarını deyir.
Elgün Qarayev ailənin yeganə övladı idi. Atası deyir ki, oğlunun cəsədinin tapılması belə onlar üçün təsəlli olar.
Ailənin sözlərinə görə, Elgün və dostları dənizdə olan vaxt su dalğalı olub, digər yoldaşları çətinliklə də olsa, çıxa bilib, amma Elgün gözdən itib.
Onu da qeyd edək ki, axtarış-xilasetmə tədbirləri hadisənin 20-ci gününə qədər davam etdirilsə də, 21-ci gündən etibarən dənizdəki axtarışlar dayandırılıb. İndi ailə axtarışların davam etdirilməsini istəyir.
Daha ətraflı videomaterialı təqdim edirik.