Vəliəhd HARADADIR? - Yoxa çıxıb...

Vəliəhd HARADADIR? - Yoxa çıxıb...
11:40

Danimarka vəliəhdi şahzadə Kristian Norveçin paytaxtı Osloda kral V Haraldın dəfn mərasimindən sonra qəfil yoxa çıxıb.

News365.az xəbər verir ki, bu barədə Norveçin "Dagbladet" nəşri məlumat yayıb.

Bildirilir ki, kilsədəki rəsmi mərasimdən sonra vida prosesi Akershus qəsrinin kilsəsində davam edib. Orada dəvət olunmuş qonaqlar üçün qapalı mərasim təşkil edilib. Şahzadə Kristianın kilsəyə daxil olarkən videoya çəkildiyi, lakin mərasim bitdikdən sonra heç kimin onu görmədiyi məqalədə qeyd olunur.

"Vəliəhd şahzadə Kristian heç yerdə görünmürdü", - deyə yazıda vurğulanıb.

Vəziyyətə yalnız axşama doğru aydınlıq gəlib. Məlum olub ki, kralın Norveçə səfəri dövründə regent vəzifəsini icra etmək üçün şahzadə təcili olaraq Danimarkaya qayıtmalı olub.


Sizin reklam burada
Sizin reklam burada