Tanınmış jurnalist və aparıcı Ləman Ələşrəfqızı yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.
News365.az xəbər verir ki, Ləman Ələşrəfqızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, dostlarının xahişi və etimadı əsasında Space-də yayımlanan “Qırmızı xətt” verilişinin aparıcılığı ona həvalə olunub.
“Sevgili millətim. Bu yaxınlarda təzə bir layihə ilə qarşınızda olacam. Space-də “Qırmızı xətt” verilişi dostların xahişi və etimadı ilə mənə həvalə edilib. Həftədə bir gün LAF TV-nin işini axsatmamaq şərtilə bu proqramda aparıcılıq edəcəm”, – deyə Ləman Ələşrəfqızı qeyd edib.
Aparıcı yeni layihənin necə qarşılanacağını zamanın göstərəcəyini bildirib:
“Allah qoysa... Nə qədər maraqlı olacaq, bunu zaman göstərəcək. Hər halda, əlimdən gələni etməyə çalışacam. Allah utandırmasın”.
Qeyd edək ki, Ləman Ələşrəfqızı uzun illərdir media sahəsində fəaliyyət göstərir və müxtəlif televiziya layihələri ilə tamaşaçılara tanışdır.