Rusiya Prezidenti Vladimir Putin sentyabrın 10-u axşam saatlarında Hindistana yola düşəcək.
News365.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov brifinq zamanı bildirib.
“Prezident qarşıdakı Dehli BRICS sammitinə hazırlığını davam etdirir və bu axşam oraya uçacaq”, - deyə Peskov bildirib.
Putinin səfəri BRICS sammiti ərəfəsində baş tutacaq. Çin Prezidenti Si Cinpin də sentyabrın 12-13-də keçiriləcək toplantıda iştirak etmək üçün Hindistana səfər edəcək.
Kreml daha əvvəl bildirib ki, Putin BRICS sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə ikitərəfli görüş keçirəcək.