İspaniyada qatar qəzasından sonra maşinistlər tətilə çıxdı

İspaniyada qatar qəzasından sonra maşinistlər tətilə çıxdı
12:10

İspaniyada dəmir yolu nəqliyyatının təhlükəsizliyi ilə bağlı narahatlıqlar etirazla nəticələnib. Toledo vilayətində baş verən qatar qəzasından dərhal sonra maşinistlər həmkarlar ittifaqı 24 saatlıq tətil elan edib.

News365.az EFE agentliyinə istinadən xəbər verir ki, tətili “Semaf” maşinistlər həmkarlar ittifaqı təşkil edib.

Həmkarlar ittifaqının əsas tələbi ölkənin dəmir yolu sistemində təhlükəsizliyin təmin olunması üçün köklü və təxirəsalınmaz islahatların həyata keçirilməsidir.

Etirazçılar mümkün qəzaların qarşısını almaq, sərnişinlərin və dəmir yolu işçilərinin təhlükəsizliyini qorumaq üçün səmərəli tədbirlərin görülməsini tələb edirlər.


Sizin reklam burada
Sizin reklam burada