Xəbər
verdiyimiz kimi orta ümumtəhsil sistemində maliyyələşmənin qaydaları dəyişir.
Artıq hər
bir məktəb şagird sayına görə maliyyələşəcək.
Bununla
bağlı danışan iqtisadçı Eldəniz Əmirov
deyir ki, məktəblərin maliyyələşdirilməsində yeni mexanizmin, təbii ki, ciddi
müsbət tərəfləri var:
“Amma
düşünürəm ki, müəllim əməyinin qiymətləndirilməsində də daha bir yeniliyə
ehtiyac var. İndi deyəcəyim, texniki baxımdan bir qədər mürəkkəb olsa da, bunu
həyata keçirmək mümkündür.
Hazırda müəllimlərin
əməkhaqqında staj, dərs yükü və sertifikasiya nəticələrinə görə fərqlər
mövcuddur. Məncə, sinifdəki şagirdlərin sayı da nəzərə alınmalıdır. Çünki 10-15
şagirdə dərs deyən müəllimlə 35-40 şagirdə dərs deyən müəllimin iş yükü eyni
deyil. Şagirdlərin sualları, valideynlərin tələbləri,, yoxlanılmalı KSQ və BSQ
vərəqlərinin sayı və mənim bilmədiyim onlarla yazı-pozu işləri gündəlik daha
çox vaxt və əmək tələb edir. Bu fərq müəllimin əməkhaqqında da öz əksini
tapmalıdır”.
News365.az