İşə qəbul edilərkən şəxsi maraqlarını bəyan edəcəklər

İşə qəbul edilərkən şəxsi maraqlarını bəyan edəcəklər
12:50

Vəzifəli şəxslər işə qəbul edilərkən şəxsi maraqlarını bəyan edəcəklər.

News365.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni - “Maraqlar toqquşması haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxsə xidməti fəaliyyəti zamanı maraqlar toqquşmasına səbəb ola biləcək hüquqi və inzibati aktların qəbul edilməsinə, digər hərəkət və ya hərəkətsizliyə yönəlmiş hər hansı formada təsir etmək qadağan olunur.

Vəzifəli şəxs bu Qanunun 4.2-ci maddəsinə uyğun olaraq maraqlar toqquşmasının qarşısını ala bilmədikdə bu barədə ona məlum olduğu vaxtdan dərhal, bu mümkün olmadıqda isə 3 (üç) iş günündən gec olmayaraq səlahiyyətli subyektlərə yazılı məlumat verməlidir. Məlumata bu Qanunun 21.3-cü maddəsinə uyğun olaraq baxılır.

Vəzifəli şəxs işə (xidmətə, qulluğa) qəbul edilərkən və ya başqa vəzifəyə təyin edilərkən şəxsi maraqlarını bəyan etməməsinin hüquqi nəticələri barədə səlahiyyətli subyektlər tərəfindən xəbərdar ediləcək.

Vəzifəli şəxs tərəfindən bu Qanunun 17.4-ci maddəsində nəzərdə tutulmuş bəyannamənin üzrsüz səbəbdən vaxtında təqdim edilməməsi və ya qəsdən natamam, yaxud təhrif edilmiş məlumatların təqdim olunması qadağan olunur.



Sizin reklam burada
Sizin reklam burada