Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu

Ermənistan parlamentində deputatlar əlbəyaxa oldu
12:20

Ermənistan parlamentində siyasi fikir ayrılığı əlbəyaxa qarşıdurmaya qədər böyüyüb. Hakim partiyanın deputatları ilə müxalifət nümayəndələri arasında başlayan mübahisə digər parlamentarilərin də iştirakı ilə daha da gərginləşib.

News365.az Ermənistan mediasına istinadən xəbər verir ki, insident hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Taron Çaxoyanın çıxışından sonra baş verib.

Çıxışdan sonra Çaxoyanla müxalifətdəki “Güclü Ermənistan” fraksiyasının lideri Narek Karapetyan arasında şifahi mübahisə yaranıb. Tərəflər arasındakı söz atışması qısa müddətdə əlbəyaxa davaya çevrilib. Qarşıdurmaya digər deputatlar da qoşulublar.

Parlamentdə yaranan gərginliyi aradan qaldırmaq üçün spiker Ruben Rubinyan təhlükəsizlik əməkdaşlarını çağırıb. Ardınca iclasda fasilə elan olunub.

News365.az


Sizin reklam burada
Sizin reklam burada