Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO

Hacıqabulda sərnişin avtobusu aşdı: 30-dan çox yaralı var - FOTO
08:54

Hacıqabulda sərnişin avtobusunun aşması nəticəsində 30-dan çox sərnişin xəsarət alıb.

Hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zaqatala-Bakı marşrutu üzrə hərəkət edən iritutumlu rayonlararası sərnişin avtobusu aşıb.

Hadisə nəticəsində 30-dan çox sərnişin, o cümlədən uşaqlar xəsarət alıb.

Yaralılar Şirvan və Hacıqabul xəstəxanalarına çatdırılır. (Apa.az)

 



Sizin reklam burada
Sizin reklam burada