Bəhruz Əhmədov saxlanıldı

Bəhruz Əhmədov saxlanıldı
11:54

Narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan News365.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə və silah saxlamaqda şübhəli bilinən Bəhruz Əhmədov saxlanılıb.

    Onun yaşadığı ünvandan ümumilikdə 51 ədəd narkotik tərkibli bitki və 2 ədəd odlu silah aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, B.Əhmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


    Sizin reklam burada
    Sizin reklam burada