Aşkarlanan faktlar: Narkotiklə əlaqəli 18, qanunsuz silah-sursatla bağlı 7 fakt

Aşkarlanan faktlar: Narkotiklə əlaqəli 18, qanunsuz silah-sursatla bağlı 7 fakt
10:40

Daxili İşlər Nazirliyinin (DİN) polis əməkdaşları tərəfindən avqustun 24-də ölkə ərazisində 45 cinayətin, habelə əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması təmin olunub.

Həmçinin cinayət törətməkdə şübhəli bilinən 37 nəfər, axtarışda olan 120 nəfər (o cümlədən borclu şəxs qismində axtarılan 105 nəfər) saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi ilə bağlı isə 7 fakt müəyyən edilib.


Sizin reklam burada
Sizin reklam burada