ABŞ Prezidenti Donald Tramp Kanadanı əməkdaşlıq etdiyi ölkələr arasında ən mürəkkəb və məntiqsiz ölkə hesab edir.
News365.az xəbər verir ki, o, bu barədə “Truth Social” hesabında yazıb.
Onun sözlərinə görə, Kanada on illərdir ABŞ-ı “qarət edib”.
“Onlar bizim fermerlərimizə 400%-lik və daha artıq tarif tətbiq edirlər. Onlar bir çox möhtəşəm ABŞ şirkətini qovublar”, - Tramp vurğulayıb.
O, Kanadanın “dövlət olmadığını” qeyd edib.
Tramp Kanadanın bütün bunlara haqq qazandırdığını, lakin bundan sonra Ottavanın özünü haqlı hiss edə bilməyəcəyini vurğulayıb.