Gəncədə iki nəfəri maşın vurdu

Gəncədə iki nəfəri maşın vurdu
08 Mar 2026 21:01

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

News365.az xəbər verir ki, qəzalar şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Məhluqə Museyibovanı avtomobil vurub.

Qadın xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və müalicəsi davam edir.

Bundan başqa, 2015-ci il təvəllüdlü İ. Musayev Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Ona ilkin tibbi yardım göstərilib və vəziyyəti kafidir./Qafqazinfo


Sizin reklam burada
Sizin reklam burada