Rusiyadan Dneprə hücum: 2 ölü, 1 itkin, 8 yaralı...

Rusiyadan Dneprə hücum: 2 ölü, 1 itkin, 8 yaralı...
09:24

Ukraynanın mərkəzindəki Dneprdə Rusiyanın hücumu nəticəsində ən azı iki nəfər həlak olub, bir nəfər itkin düşüb, səkkiz nəfər isə yaralanıb.

News365.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, bu barədə

Dnepropetrovsk vilayət administrasiyasından bildirilib. Məlumatda qeyd olunur ki, bir mənzil binası, bir mağaza və bir avtomobilə zərbələr endirilib.

Qeyd edək ki, sənaye şəhəri olan Dnepr, Ukraynanın şərqi və cənubunu keçən cəbhə xəttindən 100 kilometrdən çox məsafədə yerləşir. Rusiyanın 14 apreldə orada keçirdiyi hava hücumu nəticəsində artıq dörd nəfər həlak olub.


Sizin reklam burada
Sizin reklam burada