Daha bir jurnalist həlak oldu - Livanda + FOTO

Daha bir jurnalist həlak oldu - Livanda + FOTO
09:30

"Livanlı jurnalist Amal Xəlil İsrailin hava hücumu nəticəsində həlak olub".

News365.az  "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə Livan Mülki Müdafiə Xidmətindən bildirilib. 

Məlumata görə, A.Xəlil çərşənbə günü Livanın cənubundakı Əl-Tiri şəhərində İsrailin hava hücumu nəticəsində həlak olub. Onun ölüm xəbərini çalışdığı "Əl-Əxbar" qəzeti də təsdiqləyib.

Mülki Müdafiə mətbuat xidmətinin verdiyi məlumata görə, Livan ordusu və Qırmızı Xaçla birlikdə axtarış aparan qruplar A.Xəlilin cəsədini tapmağa müvəffəq olublar.


Sizin reklam burada
Sizin reklam burada