Sərxoş vəziyyətdə maşın sürdü - Həbs edildi

Sərxoş vəziyyətdə maşın sürdü - Həbs edildi
13:23

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Ford” markalı, 99-CR-636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şahin Rzayev saxlanılıb.

News365.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ş.Rzayevin sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunub.

Sürücü barəsində törətdiyi əmələ görə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Rzayev 10 sutka inzibati qaydada həbs edilib.


Sizin reklam burada
Sizin reklam burada