Dünyada
alternativ və bərpaolunan enerjiyə keçid, təqribən, 20-25 il öncə başladı, bu
gün də bu proses davam edir, bəzi ölkələr ciddi uğur da qazanıb, məsələn, Çilidə
istehlak olunan elektrik enerjisinin tamamına yaxını bərpaolunan enerji mənbəələrindən
əldə edilir.
Bəs, ölkəmizdə
bu sahədə vəziyyət necədir?
Mövzu ilə
bağlı danışan Natiq Cəfərli deyir
ki, Azərbaycanda da bu sahəyə diqqət artıb, yeni proqramlar qəbul edilib,
xatırlayırsınızsa, illər öncə bu sahəyə yatırımlar başlayanda public
çıxışlarımızda deyirdik ki, bərpaolunan enerji sahəsi mütləq inkişaf etdirilməlidir:
“Amma, biz
bu sahədə yerli istehsal, yerli mütəxəssis, yerli proqram təminatı və təmir
infrastrukturu qurmalıyıq – yəni, məntiqlə, ölkələr üçün xaricdən neft-qazdan
asılılığı necə problemdirsə, bərpaolunan enerji istehsal vasitələri, onların təmiri,
mütəxəssisləri və proqram təminatında başqa ölkələrdən asılı olmaq bir o qədər
problemdir.
Gəlin indi rəsmi
rəqəmlərə baxaq: 2025-ci ilin ilk 6 ayında ölkəmiz cəmi 1,1 mln. dollarlıq günəş
panelləri idxal etmişdi. 2026-cı ilin eyni dövründə isə artıq 110 mln. 800 min
dollarlıq günəş paneli idxal etmişik – keçən illə müqaisədə 101 DƏFƏ artım var.
Aydındır ki,
bu artım Azərbaycanda ərəb ölkələrinin yatırımları hesabına reallaşdırılan
böyük investisiya layihələri ilə bağlıdır, amma, belə bir imkan var idisə, nədən
istehsalı özümüz təşkil etmədik?!
Digər məsələ
isə odur ki, günəş panelləri ev təsərrüfatlarında çox effektiv olur-ola bilər,
bunun üçün xüsusi yanaşma tədbiq etmək lazımdır: Ev təsərrüfatlarına sırf günəş
panelləri təsisatı qurmaq üçün ünvanlı, faizsiz kredit verilməli, onların
istehsal etdiyi əlavə elektrik enerjisinin dövlət tərəfindan satın alınmasının
mexanizmi yaradılmalıdır. Belə olsa, əsasən, Aran rayonlarında yaşayan vətəndaşlar
həm aylıq elektrik pulu verməkdən canlarını qurtararlar, həm də ayda
"5-10" manat əlavə pul qazanarlar - qazancları ilə 2-3 ilə faizsiz
kreditlərini bağlayar, sonra isə pulsuz elektrik enerjis və daimi qazanc mənbəəyi
əldə etmiş olarlar... “
News365.az